Ev şəraitində hazırlanmış, təkrar istifadə oluna bilən və beləliklə, daha qənaətli parça maskalardan istifadə etməklə, virusun yayılma sürətinin qarşısını ala bilərik. Foodinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Parça maskadan istifadə qaydalarına dair tələblər aşağıdakılardır: - Sıx və bir neçə qat parçadan olmalı, üzdə rahat oturmalıdır; - İplə başın arxasında bağlamaqla və ya rezin halqaları qulağın üstündən keçirməklə bərkitmək lazımdır; - Rahat nəfəs almağa imkan verməlidir; -Zədələnmədən və forması dəyişilmədən əllə və ya maşında yuyulub ütülənməlidir. Parça maskadan istifadə zamanı istifadə ilə bağlı nələri bilməliyik: - 2 metrlik sosial məsafəni təmin etməklə yanaşı, maskadan istifadə edilməlidir; - Parça maskaların çıxarılması zamanı əl ilə gözə, buruna və ağıza toxunmamalı və maskanı çıxardıqdan dərhal sonra əllər sabunla yuyulmalıdır; - Həkim və tibb işçilərinin N-95 və digər tibbi maskalara artan ehtiyacı nəzərə alaraq digər insanlara parça maskalardan istifadədə üstünlük verilməsi məsləhət görülür; - Parça maskaları 6 yaşdan az uşaqlar, nəfəs almaqda çətinlik çəkənlər, huşunu itirmiş, halsız və kömək olmadan maskanı çıxara bilməyən adamların taxmaları məsləhət deyil.