Bu ilin yanvar-mart aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7% artaraq 5 124,6 mln manat olub. Foodinfo.az Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 0,9% artaraq 2 378,3 mln manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,1% artaraq 2 746,3 mln manata bərabər olub.
İstehlak məhsullarının 30,9%-i hüquqi şəxs statuslu müəssisələrdə, 20,6%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 48,5%-i isə paytaxtın məhsul bazarlarında satılıb.