Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqına müraciət edir.
Foodinfo.az xəbər verir ki, müraciət Azərbaycan Dövlət Televiziyası vasitəsilə yayımlanır.
Dövlət başçısı bildirib ki, bu gün səhər Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə bizim yaşayış yerlərimizi, hərbi mövqelərimizi atəşə tutub:
"Allah şəhidlərimizə rəhmət eləsin, onların qanı yerdə qalmayacaq!"
Prezident Tovuz hadisələrini xatırladıb:
"Heç kəsə sirr deyil ki, ilk artilleriya atəşini Ermənistan açıb, düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan acı məğlubiyyətlə barışdı. Bizim istəyimiz olsaydı, biz Ermənistan ərazisində əməliyyatlar keçirərdik. Amma bizim belə niyyətimiz yoxdur. Hansı məqsədi güdürdü bu təxribatla Ermənistan?!"