"Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı son dövrlərdə bir neçə dəfə artıb".
Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin danışıb.
"İxrac bir neçə dəfə artıb. İdxal isə əksinə azalıb", - deyə Rusiya lidero bildirib.
O qeyd edib ki, bu gün Rusiyada kənd təsərrüfatı sovet kolxozlarını deyil yüksək texnologiyalı sahəni təmsil edir.
Qeyd edək ki, Rusiya lideri bu açıqlamanı aprelin 4-də Tula şəhərinə səfəri çərçivəsində verib.