“Qanunsuz ov edən şəxslər barədə qanunvericilik aktlarında cərimə məbləğlərinin artırılması ilə bağlı tədbir həyata keçirilir”. Foodinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində canlı yayım zamanı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. O qeyd edib ki, artıq bununla bağlı layihələr hazırdır: “Vəhşi heyvan ovuna görə təbiətə dəyən ziyanın məbləği bəzi növlər üçün dəfələrlə artırılacaq. Hətta elə növlər var ki, onlarla bağlı cərimələrin 10 dəfəyə qədər artırılması gözlənilir. Lakin bu işlər ölkədaxili razılaşma prosedurundan keçməlidir”.