Sağlam qidalanma üzrə mütəxəssislər rasionda qırmızı və bənövşəyi rəngli meyvələrə daha çox yer verilməsini tövsiyə edirlər. Bildirilir ki, bu rəngli meyvələr antioksidantlarla zəngindir və orqanizmin müdafiə sisteminə müsbət təsir göstərir.

Foodinfo.az xəbər verir ki, qırmızı və bənövşəyi meyvələrin tərkibində olan antosianinlər hüceyrələri zərərli sərbəst radikallardan qorumağa kömək edir. Bu maddələr ürək-damar sağlamlığının dəstəklənməsində və iltihabi proseslərin azalmasında mühüm rol oynayır.

Çiyələk, albalı, nar, qırmızı alma kimi meyvələr qırmızı qrupda yer alır. Tünd rəngli üzüm, qaragilə, böyürtkən və gavalı isə bənövşəyi meyvələr sırasına daxildir. Bu meyvələrin mövsümündə və təbii formada qəbul edilməsi daha faydalı hesab olunur.

Gündəlik qidalanmada müxtəlif rəngli meyvə və tərəvəzlərin yer alması orqanizmin vitamin və mineral ehtiyacının ödənilməsinə kömək edir. “Rəngli boşqab” prinsipi sağlam həyat tərzinin vacib tərkib hissəsi kimi göstərilir.