“Bu il Rusiyanın taxıl istehsalında artım gözlənilir”.
Foodinfo.az. Report-a istinadən xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin Korporativ Nəqliyyat Xidməti Mərkəzinin rəhbəri Aleksey Şilo deyib.
"2017-ci ildə ölkədə rekord həcmdə - 135 milyon ton taxıl istehsal edilib. Bu il rekordun yenilənəcəyini gözləyirik. Halbuki Rusiyanın qlobal taxıl bazarındakı rəqibləri - Ukraynada, Avropa İttifaqı ölkələrində, o cümlədən Fransada bu il taxıl istehsalında azalma var. Odur ki, ixracla bağlı vəziyyət Rusiya üçün əlverişlidir. Lakin ixracın həcmi kvotalarının tətbiqindən və rüsumlardan asılı olacaq. Ötən il 1 ton taxıl ixracı üçün rüsumun məbləği 195 ABŞ dolları olsa da, hazırda 208 ABŞ dolları təşkil edir”, - o qeyd edib.
A.Şilonun sözlərinə görə, rəhbərlik etdiyi şirkət taxıl daşınmasını artırmaq üçün müəyyən addımlar atır: "Məsələn, Xəzər və Azov-Qara dəniz hövzələri istiqamətində qısa məsafələrə (400 km-ə qədər) ixrac olunan taxıl daşımalarında 38% endirim, habelə Samur sərhəd keçid məntəqəsindən (Rusiya-Azərbaycan sərhədi) taxıl daşınması üçün 50% endirim nəzərdə tutulur".
Xatırladaq ki, 2019/2020-ci mövsüm ilində Azərbaycan Rusiyadan 1,4 milyon ton taxıl idxal edib. Bu qonşu ölkənin taxıl ixracının 3-4%-ni təşkil edib