Sarımsaq qədim zamanlardan bəri həm təbii antibiotik, həm də güclü şəfa mənbəyi kimi tanınır. 

Foodinfo.az xəbər verir ki, sarımsağın tərkibindəki alisin adlı maddə antibakterial, antiviral və iltihab əleyhinə təsiri ilə fərqlənir. Əsrlərdir xalq təbabətində müxtəlif xəstəliklərin qarşısını almaq və sağalma prosesini sürətləndirmək üçün istifadə olunur. Əgər gündəlik həyatınıza sarımsağı doğru şəkildə daxil etsəniz, bir çox dərmana ehtiyacınız azalalar.

Sarımsağın sağlamlığa əsas təsirləri:

– İmmunitet sistemini gücləndirir

– Təzyiqi və xolesterolu tənzimləyir

– Qanı duruldur və dövranı yaxşılaşdırır

– Bağırsaqları təmizləyir

– Xərçəngə qarşı qoruyucu təsiri var

– Zəhərlənməyə qarşı təbii qoruyucu

Sarımsağı çiy halda istifadə etmək daha təsirlidir (əzib 5–10 dəqiqə gözlədikdən sonra yeyilməsi alisinin aktivləşməsinə imkan verir)

Bal və limonla qarışdırılaraq təbii immun gücləndirici kimi istifadə oluna bilər.

Mədə və onikibarmaq bağırsaq yarası olanlar, qan durulducu dərman qəbul edənlər, ağızdan pis qoxuya və ya həssas mədəyə malik olanlar az miqdarda istifadə etməlidirlər.