Şəkərli qazlı içkilər orqanizm üçün ciddi təhlükə yaradır. Foodinfo.az bildirir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu içkilər qaraciyər piylənməsinin əsas səbəblərindən biridir. Şəkərin yüksək miqdarda qəbulu orqanizmdə insulin müqavimətini artırır.

Bunun nəticəsində qaraciyər yağ toplayır və funksiyasını zəiflədərək piylənməyə gətirib çıxarır. Eyni zamanda, bu içkilər orqanizmdə su balansını pozur. Gün ərzində 1 litr belə içki içən şəxslərdə 3 ay sonra qaraciyərdə yağlanma riski ikiqat artır.

Şəkərli içkilər qanda pis xolesterini yüksəldir və ürək xəstəlikləri riskini artırır. Həddindən artıq şəkər bədəndə iltihab proseslərini sürətləndirir. Diş minasını zədələyərək çürük riskini artırır. Mütəxəssislər belə içkilərin yerinə təbii su, nanə və limon qarışığını tövsiyə edirlər. Qaraciyərin sağlamlığı üçün şəkərsiz içkilərə üstünlük verilməlidir.