
Mədə turşuluğu ilə mübarizə aparmaq üçün təbii bitkilər güclü və təhlükəsiz vasitə hesab olunur.
Foodinfo.az mədə turşuluğunu azaldan təbii bitkiləri təqdim edir:
– Zəncəfil iltihab əleyhinə xüsusiyyəti ilə qıcqırmanı azaldır və həzmi yüngülləşdirir.
– Aloe vera isə mədə divarını qoruyaraq turşunun yaratdığı yanmanı yüngülləşdirir.
– Raziyane toxumu mədədə artıq qaz və köpün qarşısını alır, yeməkdən sonra dəmlənərək içildikdə rahatlıq verir.
– Kəklikotu mədə bakteriyalarını azaldır, iltihabı aradan qaldırır və turşunun təsirini zəiflədir.
– Nanə də bəzi insanlarda həzmi asanlaşdırır və mədə ağrısını azaldır, amma reflü problemi olanlarda diqqətlə istifadə olunmalıdır.
Bu bitkilərdən hazırlanmış təbii çaylar və qarışıqlar müntəzəm istifadə edildikdə mədə narahatlığını azaltmağa, həzmi yüngülləşdirməyə və dərmansız rahatlıq təmin etməyə kömək edir.