Beyin sağlamlığı yaddaş, diqqət, düşünmə və emosional balans üçün həyati əhəmiyyət daşıyır.

Foodinfo.az xəbər verir ki, elə qidalar var ki, tərkibindəki faydalı yağlar, vitaminlər və antioksidantlar sayəsində beyin funksiyalarını gücləndirir, yaşlanma ilə bağlı zəifləmələrin qarşısını alır. Gündəlik qidalanmada bu beş qidanı seçmək, həm beyni qidalandırar, həm də zehni fəaliyyətinizi artırar.

 1. Somon balığı və digər yağlı balıqlar

Tərkibində bol miqdarda Omega-3 yağ turşuları var. Yaddaşı gücləndirir. Depressiyanın qarşısını almağa kömək edir. Beyin hüceyrələrinin strukturunu qoruyur. Həftədə 2 dəfə somon, skumbriya və ya sardina yeyilməsi tövsiyə olunur.

 2. Qoz

Qozun forması belə beynə bənzəyir və bu, təsadüfi deyil. E vitamini ilə zəngindir, beyin hüceyrələrini oksidləşmədən qoruyur. Konsentrasiya və diqqəti artırır. Hər gün 3–5 ədəd qoz yeyilməsi yetərlidir.

3. Giləmeyvələr (qaragilə, böyürtkən, moruq)

Antioksidantlarla doludur, hüceyrə qocalmasını ləngidir. Sinir hüceyrələrinin zədələnməsinin qarşısını alır. Uzunmüddətli yaddaşı dəstəkləyir. Beyindəki iltihabı azaldır.

 4. Brokoli

Tərkibində K vitamini və antioksidantlar çoxdur. Hüceyrə yenilənməsini sürətləndirir. Zehni yorğunluğu azaldır. Həftədə 2–3 dəfə bişmiş və ya buğda hazırlanmış şəkildə istifadə oluna bilər.

5. Tünd şokolad 

Flavonoid, kofein və antioksidantlarla zəngindir. Beyin qan dövranını yaxşılaşdırır. Əhvalı yüksəldir və diqqəti artırır. Gündə 1–2 kvadrat parça yetərlidir.

Beyni güclü saxlamaq üçün yalnız zehni məşqlər kifayət deyil, düzgün və balanslı qidalanma da vacibdir. Yuxarıda sadalanan qidalarla həm yaddaşınızı, həm də zehni çevikliyinizi qoruyub gücləndirə bilərsiniz.