Ata polisə müraciət edərək əlil oğlunun dənizə düşdüyünü deyib. Hüquq mühafizə orqanlarının əməkdaşları kamera qeydlərinə baxdıqda isə dəhşətli hadisənin şahidi olublar. Kadrlarda kişinin oğlunu qəsdən dənizə atdığı görünüb. “Haber Global”ın məlumatına görə, qorxunc hadisə Çində yaşanıb. Baş verənlərdən sonra 64 yaşlı S.Yanq saxlanılıb. Hadisə ilə bağlı ifadə verən ata qohumugildə olarkən bu fikrin ağlına gəldiyini deyib: “Sığorta pulunu almaq üçün bunu etdim. Oğlumu dənizə itələdim”. Hadisə ilə bağlı istintaq davam edir.