Hindistanın paytaxtı Dehlidə karantin rejiminin yumşaldılmasından sonra açılan spirtli içki mağazaları qısa müddət sonra yenidən bağlanıb. Foodinfo.az Trend-ə istinadən məlumatına görə, paytaxtda mayın 4-dən etibarən 150-yə yaxın spirtli içki mağazasının açılmasına icazə verilib.
Lakin mağazalar açılmazdan qabaq qapıların önündə bir kilometrədək uzanan növbə yaranıb. Sosial məsafə qaydaları pozulduğu üçün mağazalar yenidən bağlanıb.
Qeyd edək ki, bu günədək Hindistanda 42 mindən çox şəxs koronavirusa yoluxub, ölənlərin sayı 1,4 mindən çox olub.