Osteoporoz riskinin azalması üçün düzgün qidalanma vacibdir. Foodinfo.az bildirir ki, süd və süd məhsulları kalsiumla zəngindir. Kəsmik və qatıq sümükləri gücləndirir. Yaşıl yarpaqlı tərəvəzlər vitamin K ilə sümük toxumasını möhkəmləndirir. Badam və qoz maqneziumla zəngindir.

Balıq D vitamini və Omega-3 ilə sümük sağlamlığını qoruyur. Yumurtanın sarısı D vitamini mənbəyidir. Çuğundur və kök kalsiumun mənimsənilməsini artırır. Qatıq və kəsmik osteoporozun qarşısını almaqda effektivdir. Günəş işığı da D vitamini üçün vacibdir. Təbii məhsullarla zəngin menyu sümük əriməsinə mane olur.

Həkimlər gündəlik kalsium qəbuluna diqqət etməyi tövsiyə edir.