Evdə istirahət zamanı ilk ağla gələn məşğuliyyətlər sırasında televizora baxmaq dayanır. Ancaq bu məşğuliyyətin zərərli tərəflərinin də olduğu insanlar arasında çox da bilinmir.
Foodinfo.az xəbər verir ki, evdə televizora baxmaq altsheymer riskini artırır.
Ekspertlərin fikrincə televizora baxmaq göstəricisinin artması insanlara həm mənəvi, həm də fiziki baxımdan mənfi təsir göstərir. Bununla bağlı ilk sınaqlar isə hələ 2005-ci ildə keçirilməyə başlanılıb.
Uşaqlar üçün isə uzun müddət televizor qarşısında qalmağın fəsadları nitqlə bağlıdır. Bu cür vərdişlərə sahib olmağın uşaqlarda nitq qüsurlarının başlıca səbəblərindən olduğu vurğulanır.