Türkiyə və Rusiya tərəfləri “Taxıl sazişi”ni müzakirə ediblər.
Foodinfo.az xəbər verir ki, görüşdə hər iki ölkənin XİN rəhbərlərinin müavinləri Sergey Verşinin və Burak Akçapar iştirak ediblər.
Görüş zamanı əsas müzakirə mövzusu “Taxıl sazişi”nin yerinə yetirilməsi olub. Həmçinin görüş zamanı Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara hərtərəfli yardım göstərilməsi məsələsi diqqət mərkəzində saxlanılıb.
Tərəflər “Taxıl sazişi”nin yalnız tam yerinə yetirilməsinin qlobal qida təhlükəsizliyinə töhfə verə biləcəyi barədə həmfikir olublar.
Leyla