“Kodeks Etimad Fondu” layihəsi çərçivəsində Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət üzrə Baş İdarəsinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarına ilk təlim keçirilib.
Foodinfo.az xəbər verir ki, videokonfrans formatında keçirilən təlimdə layihə haqqında qısa məlumat verilib.
Bildirilib ki, layihənin əsas məqsədi Kodeks işində daha fəal və yaxından iştirakın təmin edilməsi, güclü və dayanıqlı milli Kodeks sisteminin qurulmasına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasına dəstək verilməsidir.
Təlimdə Türkiyə tərəfi Türkiyədə mövcud Kodeks sistemi və sənədləşmə işi üzrə bağlı təcrübələrini bölüşüb, Beynəlxalq Qida Kodeks Komissiyası, Azərbaycanda Kodeks Komitələrinin cari vəziyyəti, Kodeks sənədlərinin hazırlanma prosesi ilə bağlı məlumatlar verib.
Sonda təlim iştirakçılarını maraqlandıran məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir