Ukrayna Avstraliyanın "SYPAQ" şirkətinin kartondan hazırlanmış "Corvo" pilotsuz təyyarələrindən istifadə etməyə başlayıb.

 Foodinfo.az xəbər verir ki, bu barədə şirkətdən verilən açıqlamada bildirilir.

Bu ucuz dronlar əvvəlcə əməliyyatlar zamanı təcrid olunmuş əsgərlərə yüngül avadanlıqların daşınması üçün nəzərdə tutulmuşdu, lakin sonra onlara kəşfiyyat funksiyası da əlavə edildi.

Qeyd etmək lazımdır ki, "Corvo" struktur cəhətdən tipik bir dron deyil. O, bütövlüklə kartondan hazırlanıb və Melburnda Avstraliya Müdafiə Qüvvələri ilə birgə 1,1 milyon dollar dəyərində dizayn edilib.

Dronun istehsalı sadədir. O, yüksək dəqiqlik tələb edən bir neçə hissədən ibarətdir.

Cihaz pizza qutusundan bir qədər böyük olan karton qab şəklindədir, bıçaq, kley, yapışqan lent və rezin lentlərlə yığılır.

İdarəetmə isə "Android" planşetindəki interfeys vasitəsilə həyata keçirilir.