Ukraynada 2023-cü ilin əvvəlindən ərzaq məhsulları bahalaşmağa davam edir. Foodinfo.az xəbər verir ki, bu barədə Fokus.ua nəşri bildirib.
Mart ayında ölkədə bəzi tərəvəzlərin dəyəri rekord həddə artıb. Son il ərzində Ukraynada istisnasız bütün ərzaq məhsulları kateqoriyaları üzrə bahalaşma müşahidə olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin martında 2023-cü ilin eyni dövrünə müqayisədə bahalaşma 26,8 faiz olub.
Ən çox bahalaşan məhsul isə 79,8 faiz göstəricisi ilə yumurta olub. Meyvələr orta hesabla 44,9, tərəvəzlər isə 38,3 faiz bahalaşıblar.
Leyla