Uşaq yaşda köklüklə mübarizə üçün qidalanma və idmanla məşğul olmaq kifayət etməyə bilər.

Foodinfo.az xəbər verir ki, bu barədə yeni araşdırma aparılıb.

Sidney Universitetinin Çarlz Perkins Mərkəzi tərəfindən aparılan araşdırma göstərir ki, valideynləri orta məktəbi bitirməmiş, sosial problemlər şəraitində yaşayan uşaqlar yeniyetməlik dövründə artıq çəki və köklük problemi ilə qarşılaşırlar. Sosial problemlər ilk növbədə bədən kütləsi indeksi ilə təsirlidir. Bu cür valideynlərin övladları da köklük riski ilə qarşı-qarşıyadır. 

Sidney Universitetinin professoru Luis Baur qeyd edir ki, köklüklə mübarizədə sözügedən sosial məqamlar nəzərdən qaçır. Halbuki sosial əlverişsizlik (social disadvantage) bu məsələdə daha böyük rol oynayır.