Bəzi qida məhsulları uşaqlarda hiperaktivlik, diqqət dağınıqlığı və davranış dəyişikliklərinə səbəb ola bilər. Aşağıdakı məhsulların tez-tez və nəzarətsiz istehlakı bu cür halların yaranma riskini artırır.

Rəngli konfet şirniyyatlar

Bu məhsulların tərkibində olan süni rəngləndiricilər (xüsusilə E102, E110, E133 kimi qatqılar) bəzi uşaqlarda hiperaktivlik və davranış problemləri ilə əlaqələndirilir.

Qazlı içkilər enerji içkiləri

Qazlı içkilərdəki yüksək miqdarda şəkər və kofein uşaqlarda yuxusuzluq, əsəbilik və diqqət pozğunluğuna səbəb olur.

Paketlənmiş tort peçenyelər

Hazır şirniyyatlar həm şəkər, həm də trans yağlar və süni maddələrlə zəngindir. Bu qarışım uşaqlarda enerji partlaması və ardınca yorğunluq və davranış dalğalanmaları yarada bilər.

Çips fast-food məhsulları

Bu qidalar tərkibindəki MSG (monosodyum glutamat) və yüksək duz miqdarı ilə sinir sisteminə təsir edərək bəzi uşaqlarda aqressiya və narahatlıq hissini gücləndirir.

Süni dadlandırıcılı rəngli dondurmalar

Uşaqlar üçün cəlbedici olsa da, bu tip məhsullarda da çox sayda süni qatqı var. Həssas uşaqlarda bu maddələr davranış dəyişikliklərinə səbəb ola bilər.

Uşaqlarda hiperaktivliyin səbəbləri çoxşaxəlidir, lakin bəzi qidaların bu halı gücləndirdiyi məlumdur. Rasionda daha çox təbii, evdə hazırlanmış və az şəkərli qidalara yer vermək, uşağın ümumi davranışına müsbət təsir göstərə bilər.