Vitamin çatışmazlığı bədəndə müxtəlif fiziki və psixoloji əlamətlərlə özünü göstərə bilər.

Foodinfo.az xəbər verir ki, ən çox rast gəlinən əlamətlərdən biri saç tökülməsi və dırnaq zəifliyidir ki, bu, biotin, dəmir və D vitamini çatışmazlığı ilə bağlı ola bilər. 

Yorğunluq və enerji çatışmazlığı da B12, fol turşusu və dəmir əskikliyi zamanı tez-tez müşahidə olunur.

Dəri quruluğu və çatlamalar, xüsusilə A, E və C vitaminlərinin azlığında ortaya çıxır. Ağız künclərində çat və yaralar isə B qrup vitaminləri və dəmirin kifayət qədər olmamasını göstərir. 

A vitamini çatışmazlığı gecə görməsində çətinlik və göz quruluğuna səbəb olur.

Əhval dəyişkənliyi, halsızlıq və hətta depressiya kimi hallar B6, B12 və D vitamini çatışmazlığı ilə əlaqəli ola bilər. 

Əllərdə və ayaqlarda iynələnmə, uyuşma və əzələ qıcolmaları isə maqnezium, kalium və kalsium əskikliyindən xəbər verə bilər. 

Bu əlamətlər hiss edildikdə qan analizi ilə dəqiq vitamin səviyyələrini yoxlamaq və qidalanma rejimini ona uyğun tənzimləmək vacibdir.