
Artıq çəkidən azad olmaq istəyənlər üçün təkcə pəhriz və idman deyil, bəzi bitkilər də təsirli dəstək ola bilər. Bəzi təbii otlar və bitkilər bədəndə yağ yandırmanı sürətləndirir, iştahanı azaldır və həzmi gücləndirir.
Foodinfo.az bu bitkiləri təqdim edir:
1. Yaşıl çay
Tərkibindəki katexin və kofein maddələri sayəsində yağ yandırmanı artırır. Metabolizmi sürətləndirir və antioksidantlarla zəngindir. Arıqlama prosesində gündə 1–2 stəkan yaşıl çay içmək faydalıdır.
2. Zəncəfil
İltihabəleyhinə təsiri ilə yanaşı, maddələr mübadiləsini sürətləndirir və toxluq hissi yaradır. Yeməklərə əlavə oluna və ya çay kimi dəmlənərək içilə bilər.
3. Darçın
Qan şəkərini tənzimləməyə kömək edir, bu da iştahanı nəzarətdə saxlamağa yardımçı olur. Şirniyyat yemək istəyini azaldır. Səhərlər qatığa, yulafa və ya çaya əlavə edə bilərsiniz.
4. Melissa
Sakitləşdirici təsiri ilə yanaşı, həzmi yaxşılaşdırır və şişkinliyi azaldır. Gecələr çay şəklində içildikdə həm rahat yuxu verir, həm də həzmi tənzimləyir.
5. Qara zirə (çörəkotu)
Toxluq hissini artırır, insulin həssaslığını yaxşılaşdırır və yağ yandırmanı dəstəkləyir. Toxum və ya yağı şəklində istifadə edilə bilər.
6. İtburnu
C vitamini ilə zəngindir və antioksidant təsirə malikdir. Şişkinliyi azaldır və yağ metabolizmini sürətləndirir. Çay kimi dəmlənərək istifadə edilir.
Bitki çayları təkbaşına möcüzə yaratmaz, düzgün qidalanma və hərəkətlə birlikdə istifadə olunmalıdır. Həddindən artıq istifadəsi əks təsir göstərə bilər.
Xroniki xəstəliyi olanlar və hamilə qadınlar istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.