“Qarşımızda olan məsələlərdən biri də yeni tədris ili başlayana qədər məktəbəqədər təhsil müəssisələrində də uşaq qəbulunu vahid elektron formada həyata keçirməkdir”.
Foodinfo.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
“Bu, valideynlərin evdən çıxmadan belə elektron sistem vasitəsilə bağçanı seçərək övladlarını qeydiyyatdan keçirməyə imkan verəcək”, - deyə şöbə müdiri qeyd edib.
O vurğulayıb ki, valideynlər sonradan övladlarının bağçasını dəyişə bilər: “Burada əsas məsələ bağçalarda boş yerin olub-olmamasıdır. Nəzərdə tutduğumuz mexanizm boş yerlərin sistemdə daim açıq olmasını təmin etməkdir. Biz çalışacağıq ki, boş yerlər daima sistemdə görünsün”.
Son xəbərlər
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB