Barselona Qlobal Səhiyyə İnstutunun mütəxəssisləri çirklənmiş havanın COVID-19 vaksinasiyasından sonra anticisimlərin yaranması prosesini çətinləşdirə biləcəyini müəyyən ediblər.
Foodinfo.az xəbər verir ki, bu barədə “Envirinmental Health Perspectives” jurnalında araşdırma dərc olunub.
Alimlər araşdırma zamanı 40-65 yaş arası 927 insanın məlumatlarını təhlil ediblər. Onların hər biri İspaniyada istifadə olunan vaksinlərdən bir və ya iki doza qəbul ediblər. Araşdırma nəticəsində bəlli olub ki, daha çox çirklənmiş havaya məruz qalan insanlarda anticisimlərin səviyyəsi daha aşağı olub.
Nurlan