Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və onların ailə üzvlərinə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayır. Bu diqqəti ənənəyə çevirən AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) təşkilatçılığı ilə müharibə iştirakçıları və onların ailə üzvləri Novruz bayramında ziyarət edilib.
Foodinfo.az-ın məlumatına görə, BHİK tərəfindən bu cür tədbirlərin mütəmadi həyata keçirildiyi, işçilərin əmək şəraitinin yaxşılaşdırılması və digər sosial müdafiə tədbirlərinin gerçəkləşdirilməsi istiqamətində fəaliyyətin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərmiş qəhrəmanların ailələrinə ərzaq sovqatları çatdırılıb.
Qeyd edək ki, Agentlik əməkdaşlarının 27-si “Vətən Müharibəsi” iştirakçısıdır. Onların bir çoxu “Şuşa, Cəbrayıl, Füzuli, Xocavənd, Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər və Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif ediliblər.