Xaçmaz rayonunun Çinartala kəndində bağ ərazisində 1,5 ha sahədə kol-kos, quru ot və 100 ədəd meyvə tingi qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən Foodinfo.az-ə verilən məlumata görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.