Dünyada xərçəng xəstəliyi ötən əsrlə müqayisədə 2,5 dəfə artıb.

Foodinfo.az xəbər verir ki, bu barədə türkiyəli onkoloq Cəlaləddin Camcı deyib.

Onun sözlərinə görə, xəstəliyə tutulma yaşı getdikcə azalır. Bu proses hətta ana bətnindəki uşaqlara belə sirayət edir. Göbək bağı vasitəsilə ana bətnindəki uşaqlara 100-ə yaxın toksik maddələr ötürülür. Bu maddələr gələcəkdə xərçəngin yaranmasına səbəb olur.