Yaz aylarında ən çox A, D, B1, E, B12, B6, B2 və K vitaminlərinin çatışmazlığı müşahidə olunur.
Foodinfo.az xəbər verir ki, immun və sinir sistemlərinin normal fəaliyyəti üçün zəruri olan vitamin və mineralların çatışmazlığını kompensasiya etmək üçün yaz pəhrizi müxtəlif olmalıdır.
A vitamini qırmızı və narıncı tərəvəz və meyvələrdə, balıq, heyvan və quşların qaraciyərində, həmçinin balıq yağında olur.
B vitaminləri taxıl, qoz-fındıq, ispanaq, kartof və yerköküdə olur. D vitamini isə sardina, siyənək, qızılbalıq, ton balığı, süd və kəpəkli çörəkdə mövcuddur.
E vitamini çatışmazlığını qida rasionuna taxıl məhsulları daxil etməklə kompensasiya etmək, K vitaminini isə yaşıl tərəvəzlərdən, yulaflardan və itburnudan almaq məsləhət görülür.
Leyla