
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
1 022 yeni yoluxma faktı qeydə alınıb,
480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Foodinfo.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, son sutkada
10 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə
54 min 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan
42 min 996 nəfər müalicə olunaraq sağalıb,
718 nəfər vəfat edib. Aktiv xəstə sayı
10 460 nəfərdir.
Ötən müddət ərzində
1 milyon 341 min 466 test aparılıb. Bugünkü test sayı isə
10 179-dur.