Toyuq yumurtasını bir çoxları boşqabın və ya tavanın kənarına vuraraq qırırlar. 

Foodinfo.az xəbər verir ki, ekspertlər bunun səhv və sağlamlıq üçün təhlükəli olduğunu bildirirlər.

Məsələ burasındadır ki, belə üsulla qırıldıqda yumurtanın qabığı içinə düşə bilər, nəticədə isə xaricində olan bakteriyalar yumurtanın daxilini çirkləndirəcək. Əgər sarısı az bişsə və çiy qalsa, zəhərlənmə riski yaranacaq.

Bu səbəbdən də mütəxəssislər təhlükəsiz üsul təklif edirlər. Onların fikrincə, yumurtanı sındırmağın ən yaxşı yolu onu düz bir səthə möhkəm vurmaqdır. Bu halda sarısı bütöv qalacaq, qabığı isə parçalanmayacaq və içəri düşməyəcək.

Beləliklə, əvvəlcə yumurtanı masaya ehtiyatla vurun, çat əmələ gəldikdə isə barmaqlarınızla üzərinə basın və qabığı iki yerə ayırın.