İnsan yaşlandıqca bədənin zülal istehsalı azalır. 

Foodinfo.az bildirir ki, qadınlarda menopauzadan sonra ilk beş ildə zülalın miqdarı orta hesabla 30% azalır.

Zülal çatışmazlığının nəticələri:

Bəzi hallarda görmə zəifləyir.

Dərinin sürətli qocalması baş verir, qırışlar əmələ gəlir, eləcə də saç və dırnaqların quruluşu pozulur.

Onurğa aparatında problemlər yaranır.

Əzələ zəifliyi müşahidə olunur, daxili orqanlar enir.

Dişlərdə problemlər yaranır, sümüklər və oynaqlar kövrək olur.

Damar xəstəlikləri inkişaf edir.

Qeyd edək ki, zülal əsasən heyvan mənşəli məhsullarda olur. Eyni zamanda, qidalanma mütəxəssisləri rasiona balığı daxil etməyi məsləhət görürlər, çünki onun tərkibində daha çox protein var və daha yaxşı həzm olunur.