Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəhbərliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət edib.
Bu barədə Foodinfo.az-a AQTA-dan məlumat verilib.
Soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirələri ehtiramla anılıb.