Bir çox xəstəliklərə səbəb olan siqaret çayla qəbul edildiyi zaman daha təhlükəli olur.

Bu barədə ABŞ alimləri araşdırma ediblər. Araşdırmalar sübut edibki, çay içən zaman siqaret çəkmək qida borusu xərçənginə səbəb olur. 

Mütəxəssislərin sözlərinə görə, qida borusu xərçənginin ən böyük əlaməti qidanın udulmasında yaratdığı çətinlikdir. 

Siqaretlə yanaşı isti içki içən insanlar risk qrupuna daxildirlər. Bu xəstəlik zaman keçdikcə sulu yeməklərin də qəbul edilməsində problem yaradır. Bir müddət sonra xəstələrdə mədə ağrısı, yanma, arıqlama, səsinin getməsi, öskürək, boğulma kimi əlamətlər üzə çıxır.