“Scanga Meat Company”, E. Coli çirklənməsinə görə 563 funt (225 kq) mal əti qiyməsini geri çağırıb. Foodinfo.az xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Departamentinin Qida Təhlükəsizliyi və Təftiş Xidməti bildirib ki, əti istehlak edənlər arasında xəstələnən olmasa da yoxlamalar zamanı bu virus aşkarlanıb. Departament istehlakçıları aldıqları məhsulları geri qaytarmağa çağırıb.