Balqabaq toxumu çox sağlamdır. Tərkibində olan sink ümükləri və immuniteti gücləndirir. Kalsium, kalium, fosfor, maqnezium, saç, dəri və dırnaqlara faydalı təsir göstərir. Onların tərkibində yüksək miqdarda E vitamini və maqnezium var ki, bu da infarkt və insult riskini azaldır.

Amma bu məhsulun bir çox əks göstərişləri var, ona görə də ehtiyyatla istifadə etmək lazımdır.

Mədə xorası, aşağı təzyiq və ya allergiyanız varsa, onları yemək olmaz.

Yetkinlər üçün balqabaq tumunun bir dozası 50 qramdır, onları çiy halda acqarına su ilə içmək məsləhətdir. Gündəlik norma təxminən 100 q, yəni təxminən 40 ədəddir. Bir dəfəyə 20 ədəddən çox yemək məsləhət görülmür.