Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən ölkədə yoxlama və nəzarət tədbirlərinin icrasına başlayacaq. Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Mansur Piriyev deyir ki, agentliyin əsasnaməsinin tələblərindən irəli gələn məsələlərin həlli ilə bağlı olaraq, bu işlərə iyulun 1-dən başlanacaq:
“Agentlik mayın 22-dən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlayıb. Monitorinqlərin məqsədi odur ki, iyulun 1-nə qədər sahibkarları mövcud qanunverici baza ilə tanış edək, onların maariflənməsi üçün müəyyən məlumatları çatdıraq. Artıq 20-yə yaxın sahibkarlıq subyektlərində monitorinqlər olub. Bundan sonra onlara elektron qeydiyyat izah olunacaq. İyulun 1-dən isə həmin o subyektlərdə monitorinqlərdən əlavə olaraq məhsulların sertifikatlaşdırılması prosesinə başlanılacaq”.
Qida Təhlükəsizliyi Agentliyi Prezidentin fərmanına uyğun olaraq qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirir. (Sputnik Azərbaycan)
Son xəbərlər
- Hazır bulyonların zərərləri nələrdir?
- HƏR GÜN ÇÖRƏK YEMƏYİN TƏSİRİ
- Dünyanın ən zərərli qidası açıqlandı
- Fəsil dəyişkənliyində yuxunu necə tənzimləyək?
- Veysəloğlu Şirkətlər Qrupunun İR direktoru Ziya Rəcəbov "Strateji HR Forum"da spiker kimi iştirak edib
- Mətbəxdə televizorun olması buna səbəb olur - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ