"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida zincirinin bütün mərhələlərində təhlükəsziliyin təmin olunmasını vacib olduğunu bildirir. İyulun 1-dən etibarən bu sahədə fəaliyyət göstərən hətta daşınma, qablaşdırma, tədarük və satışı ilə bağlı da sahibkarların qeydiyyatını həyata keçirərkən bütün məsələlər nəzərə alınacaq və sahibkarların fəaliyyəti ətraflı yoxlanılacaqdır" . Bu fikirləri Foodinfo.az-a açıqlamasında  Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Mansur Piriyev deyib. O bildirib ki, tezliklə vətəndaşların istifadəsinə veriləcək mobil proqram baş verən nöqsanları, problemlərin qeydə alınması və ətraflı yoxlanılmasına kömək edəcək. Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi Prezidentin fərmanına uyğun olaraq qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirir.