"Xırman" çörək zavodu pəhriz çörəyinin içərisindən bolt çıxması ilə bağlı məsələyə münasibətini açıqlayıb. Foodinfo.az xəbər verir ki, bu barədə jurnalist Nigar Həsənli özü məlumat verib. Bildirib ki, zavodun direktoru Bahadur Ramazanov onunla əlaqə saxlayıb: "Direktor baş verən hadisəyə görə üzrxahlıq edib. Müavini qardaşımla əlaqə saxlayıb, lazımi tədbirlərin görüldüyünü, iclas keçirildiyini deyib. Məsələyə operativ şəkildə reaksiya bildirdiyinə görə jurnalist dostlarıma və eləcə də şirkətə təşəkkürümü bildirirəm. Ən azı digər şirkətlər kimi susmağa deyil, mədəni şəkildə üzr istəməyə üstünlük verdikləri üçün". Qeyd edək ki, Nigar Həsənli aldığı çörəyin içindən bolt çıxması ilə bağlı öz narahatlığını sosial şəbəkədə bildirmişdi.