Cənubi Afrikanın Kruger Milli Parkında ac timsah ziyarətçilərin gözü qarşısında pitonu parçalayaraq onu yeyib. Bu barədə Latest Sightings məlumat yayıb.
Parkın ziyarətçisi Gail Erasmus sentyabrın ortalarında timsahın nəhəng ilana hücumunun şahidi olduğunu söylədi. O, digər insanlarla birlikdə körpüdə təbiətə heyran olarkən bir yırtıcının sudan tullanaraq piton tutduğunu gördü.
Timsah ilanı parçalamaq üçün onu suya atıb. Daha sonra o, sahilə üzüb və burada pitona əzab verməyə davam edib.
Fərid