Xarizmatik insanlar həmişə daha cəlbedici tərəfdaşlar hesab ediliblər. Alimlər qəhrəmanın obrazına “kulinariya acılığı”nı da əlavə ediblər. Onlar ədviyyatlı yemək həvəskarlarının həyatda uğurlu mövqeləri tutduqları qənaətinə gəliblər.
Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir ki, ədviyyatlara yüksək tolerantlıq uğurun açarı hesab olunur.
Mətbəxdəki davranışımız həmişə insanın xarakterinə öz izini qoyur. Bu yaxınlarda “Frank Red Hot” şirkəti tərəfindən aparılan sorğuya görə, acı ədviyyatlardan həzz alan insanlar aşağıdakı xüsusiyyətlərə malikdirlər:
yeni şeyləri sınamağı daha çox sevirlər (76%);
özlərini cəlbedici hesab edirlər (62%);
həyatlarından razıdırlar (66%).
Pensilvaniya Universitetinin alimləri ədviyyat sevənlərin təsvirinə əhəmiyyətli bir əlavə qeyd edir, onların araşdırması göstərir ki, kişilər ədviyyatlı yeməkləri daha çox bəyəndiklərini söyləsələr də, qadınlar bundan daha çox həzz alırlar.
Leyla