Böyük Britaniyadan olan tədqiqatçılar belə qənaətə gəliblər ki, yemək yeyərkən smartfondan istifadə etmək vərdişi həddən artıq yeməyə səbəb olur.

İngiltərə mediası xəbər verir ki, Essex Universitetinin mütəxəssisləri araşdırma aparıblar və müəyyən ediblər ki, bu günlərdə yemək yeyərkən mesajlara və sosial media lentlərinə baxmaq adi vərdişi bədən quruluşunuza mənfi təsir göstərir.

Britaniya alimlərinin qeyd etdiyi kimi, yemək yeyərkən qadcetlərlə diqqəti yayındırmaq beynin toxluq səviyyəsini düzgün qiymətləndirməsinə mane olur. Nəticədə insan zərurətdən 15% çox yeyir ki, bu da artıq çəki artımına səbəb olur.

Mütəxəssislərin fikrincə, yemək zamanı diqqəti yayındıran digər amillər də oxşar təsirə səbəb olur: qəzet oxumaq və ya televizora baxmaq. Həddindən artıq yeməyin qarşısını almaq üçün yemək prosesinə diqqət yetirməyi məsləhət görürlər.

Fərid