Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir. Foodinfo.az xəbər verir ki, AQTA əməkdaşları İmişli rayonunda Fuad Kərimova məxsus 4 hektar, həmin rayonun Rəsullu kəndində isə Səlahət Qafarova məxsus 1 hektar sahəsi olan istixanalarda fitosanitar müşahidələr aparıblar. İstixanalarda çalışan işçilərə karantin zərərvericisi olan Pomidor lağımlayıcı güvəsi haqqında geniş məlumat verilib. Bundan başqa becərmə vaxtı pestisid və aqrokimyəvi maddələrdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına, eləcə də sanitar-gigiyenik normalara ciddi riayət olunması diqqətə çatdırılıb. Eyni zamanda pestisid və aqrokimyəvi maddələrin saxlanma şəraitinə baxış keçirilib. Pestisidlərin saxlanma yerində təlimata uyğun saxlanılması ilə bağlı tövsiyələr verilib. Müşahidələr zamanı aşkarlanan nöqsanlar istixana rəhbərliyinin diqqətinə çatdırılıb və profilaktik tədbirlər görülməsi ilə bağlı tövsiyələr verilib. Nurlan