Yeni doğulmuş körpələr üçün ən düzgün qida ana südüdür. Erkən doğulmuş uşaq belə olsa, ən ideal qida yenə öz anasının südüdür. Çünki uşağın həmin anda ehtiyac duyduğu bütün maddələr təkcə ana südündə mövcuddur. 

Foodinfo.az xəbər verir ki, bu barədə türkiyəli həkim Elif Bilgin danışıb. 

“Ana südü sterildir, tərkibində mikrob yoxdur. Bir çox xəstəliklərin (şəkər, köklük, ürək-damar) yaranmasının qarşısını alır. Uşağın əqli cəhətdən inkişafına kömək edir. Körpəyə süd vermək onunla yanaşı anasının sağlamlığı üçün də mühümdür”, - deyə həkim qeyd edib.