İsti yay günlərində soyuq bir şey yemək və ya içmək istəyi həmişə olur. Ancaq bununla sağlamlığınıza zərər verə bilərsiniz.
Foodinfo.az xəbər verir ki, istilik çox aşağı olarsa, fermentlər sadəcə aktivləşdirilə bilməz. Bu zaman ağız boşluğunda və mədə-bağırsaq traktında mikrofloranın balansının pozulması ehtimalı da var ki, bu da bir sıra problemlərə yol açır.
Eyni zamanda buzlu içkilər və həddindən artıq soyuq yeməklər də ürək və qan damarlarına zərər verir.
İsti günlərdə böyük temperatur fərqi yaratmamaq üçün otaq temperaturunda təmiz su, susuzluğunuzu yatırmaq üçün ilıq çay seçmək daha yaxşıdır.

Leyla