Qatığın orqanizmimiz üçün faydaları saysız-hesabsızdır. O, çox güclü protein, kalsium, vitamin və probiyotik mənbəyidir. Probiyotiklər immunitet sistemini gücləndirir. Qatıq sümükləri və dişləri tam qoruyur. Həm də həzm problemlərini minimuma endirir. Qatıqda süddən daha az laktoza var. Qatıq B6, B12, kalium və maqnezium vitaminləri ilə də zəngindir.

 Foodinfo.az xəbər verir ki, qatığın faydasını iki qat artıran bəzi məhsullar var, onlardan biri də qurudulmuş tutdur. İkisi birlikdə istehlak edildikdə, bədənimiz xəstəliklərə qarşı bir divar qurur. Sağlamlığınız üçün bu ikilini mütləq istehlak edin. 

Qatıq və tutun tək-tək bir çox faydası var. Amma ikisi bir araya gəldikdə bu fayda ikiqat artır. Qatıq ilə qurudulmuş tut sözün əsl mənasında antioksidantlar anbarıdır. Antioksidantlar hüceyrə zədələnməsinin qarşısını alaraq xərçəng riskini azaldır. Tutun yarpaqları və gövdəsi antioksidantlarla doludur. 

Qatıqlı tut qan şəkərinin səviyyəsini tarazlaşdırmaqda çox müvəffəqiyyətlidir. Bu, elmi araşdırmalarla dəstəklənən bir faydadır. Diabet xəstələri istehlak edərkən porsiya miqdarına diqqət etməlidirlər. Liflə zəngin olan qatıqla giləmeyvə müalicəsi bağırsaq sisteminin ən yaxşı şəkildə işləməsini təmin edir. O, həmçinin şirniyyat istəkləri də kəsir. Yeməklər arasında istehlak edərək arıqlama prosesini sürətləndirə bilərsiniz. Hər gün 1 ovuc qurudulmuş tut yeyərək sağlamlığınızı mükəmməl şəkildə qoruya bilərsiniz.