Ukrayna, Türkiyə və BMT Rusiyanı “taxıl sazişi”nin 60 gün müddətinə uzadılmasından narazıl olmaları barədə xəbərdar etməyiblər.
Foodinfo.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dək nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
“Əgər tərəflər bununla razılaşmırdılarsa, bizi məktubla xəbərdar etməliydilər və müqavilə də bununla başa çatardı. Ancaq bu baş vermədi”, - deyə D.Polyanski qeyd edib.
O vurğulayıb ki, BMT Baş katibi Antonio Quterreş müqavilənin hər iki hissəsinin yerinə yetirilməsi üçün əlindən gələni edir. Ancaq bütün bunlar nəticə vermir:
“Məhz buna görə də, sözügedən sazişi 60 gün müddətinə uzatmağa razılıq verdik”.