Yeni ilə az müddət qalıb. Foodinfo.az bildirir ki, bayram ərəfəsində qiymətlərdə bahalaşma ola bilər. Bəzi məhsulları əvvəlcədən almaqla qənaət edə bilərsiniz.

Konservləşdirilmiş tərəvəz, meyvə və balığı soyuducudan kənarda keyfiyyətini itirmədən saxlamaq olar.

Spirtli içkilər, şirələri əvvəlcədən almaq mümükündür. Çünki onların xarab olma ehtimalı yoxdur.

Yumurta Yeni il süfrəsindəki salatlarda istifadə olunan əsas məhsulalrdan biridir.  Əvvəlcədən bu məhsulu almaq mümükündür. Çünki soyuq şəraitdə yumurta 30 günə qədər saxlanıla bilər.

Yeni ilə təxminən 7 gün kartof, kök, çuğundur, kələm, mayonez kimi qidaları almaq olar.

Leyla