Alim və diyetoloqlar uşaqların qida rasionuna balığın daxil edilməsini məsləhət görürlər.
Tədqiqatlar nəticəsində ən azı həftədə bir dəfə balıq yeyən uşaqların daha yüksək intellekt əmsalına malik olduğu müəyyən edilib. Bu göstərici onlarda balıq yeməyən uşaqlardan 48 bal yüksəkdir.
Həmçinin qida rasionunda balıq olan uşaqların yuxusu daha möhkəm olur. Onlar nadir hallarda gecələr oyanırlar. Həmin uşaqları yatızdırmaq da asan olur. Həftədə ən azı bir dəfə balıq yemək intellekt əmsalına 1,6 bal gətirirsə, ayda iki dəfə balıq yemək həmin göstəriciyə 3,31 bal əlavə edir.
Mütəxəssislər balığı uşaqların qida rasionuna daha erkən yaşda daxil etməyi məsləhət görürlər. Balıq sümüksüzdürsə, onu on aylıq uşağa da vermək olar. 2 yaşında uşağın qida rasionunda isə balıq mütləq olmalıdır. (Azərtac)
Son xəbərlər
- Fəsil dəyişkənliyində yuxunu necə tənzimləyək?
- Veysəloğlu Şirkətlər Qrupunun İR direktoru Ziya Rəcəbov "Strateji HR Forum"da spiker kimi iştirak edib
- Mətbəxdə televizorun olması buna səbəb olur - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
- 30 gün ərzində sağlam bədənə sahib olacaqsınız -BU QİDALARDAN UZAQ DURUN
- Fol turşusu hansı qidalarda daha çoxdur?
- Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb