İngilis dietoloqları mozzarella pendirini yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən yaxşı məhsul adlandırıblar.
Süd məhsulları kalsiumla zəngindir, lakin onların bir çoxunun tərkibində yağ çoxdur, bəzilərində isə həddi duz var. Dietoloqların fikrincə, mozzarella pendiri ən yaxşı seçimlərdən biri hesab olunur, çünki bu məhsulun tərkibində duz və yağ azdır.
Hipertonik xəstələrin qida rasionlarına digər ağ pendir növləri, məsələn, feta və keçi pendiri də daxil etməsi məsləhət görülür. Bundan əlavə, az yağlı kəsmik də qan təzyiqini aşağı salır. (Moderator.az)